Tramp ölkələri hədələdi - Qüdslə bağlı səsverməyə görə

11:12 - 21 Dekabr 2017 - DÜNYA

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. Sadəcə ABŞ qətnaməyə veto qoymuşdu.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətnamə yenidən səsvermə üçün BMT Baş Məclisinə göndərilib.
 

Yaxın günlərdə keçiriləcək səsvermədən öncə ABŞ prezidenti Donald Tramp təhdid dolu açıqlama verib.
 

O bildirib ki, qətnamənin lehinə səs verəcək ölkələrə maliyyə dəstəyini dayandıracaq.

Xəbər xətti