İstanbulda Yeni il şənlikləri qadağan edildi

11:05 - 21 Dekabr 2017 - DÜNYA

Türkiyənin İstanbul şəhərində Yeni il bayramı ilə əlaqədar bayram şənliyi ləğv edilib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Bəyoğlu Bələdiyyəsinin Təhlükəsizlik İdarəsinin rəisi İsmayıl Kılıç bildirib. Onun sözlərinə görə, Taksim meydanı və İstiqlal küçəsində Yeni illə bağlı tədbirlərin keçirilməsi qadağan edilib.
 

“Yeni il gecəsi Taksim meydanında, İstiqlal küçəsində, eləcə də bütün mərkəzi rayonlarda təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq. Polis gücləndirilmiş rejimdə çalışacaq. Səhərə qədər ərazilər təhlükəsizlik əməkdaşları tərəfindən qorunacaq. İnsanların rahatlığı təmin ediləcək və heç bir terror təhlükəsi olmayacaq”, - deyə İsmayıl Kılıç bildirib.
 

Qeyd edək ki, 2017-ci il yanvarın 1-ə keçən gecə İstanbulda “Reina” gecə klubunda dəhşətli terror aktı törədilib. Terror zamanı çox insan ölüb.

Xəbər xətti