Trampı təhdid edən amerikalıya 14 il iş verildi

20:31 - 21 Dekabr 2017 - DÜNYA

ABŞ-ın Viskonsin ştatı məhkəməsi kilsələri və prezident Donald Trampı təhdid edən, silah mağazasından oğurluq edən Cozef Yakubovskiyə 14 il iş verib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ilin aprelində Yakubovski Ağ Evin poçtuna Trampın adına 160 səhifəlik tənqidi “manifest” yollayıb. O, yazısında indiki ABŞ administrasiyasının siyasətindən narazılığını ifadə edib. Daha sonra silah mazağasını soyaraq gizlənib. 
 

33 yaşlı Yakubovskinin axtarışına 150 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. Haqqında məlumat verən şəxsə isə 10 min dollar vəd olunub. Nəhayət ki, Yakubovskini 10 gün sonra tutmaq mümkün olub. 

Xəbər xətti