Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara cavab verib.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Ramzan Kadırov Amerikanın sanksiyalarını vecinə almadığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə ABŞ-a getmək barədə heç vaxt fikiri olmayıb.
“İstəyərdim bildirib ki, mən Ramzan Kadırovam – ABŞ-ın sanksiyalar tətbiq etdiyi insan. Vuna çox üzülmürəm. Əksinə, buna görə çox şadam. Hətta Amerikada mənə dünyanın ən çox valyuta ehtiyatlarını bağışlasaydılar belə, ora getməzdim”, - deyə Ramzan Kadırov bildirib.
Qeyd edək ki, ABŞ Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, Ramzan Kadırovun adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb. Ondan başqa, daha 4 Rusiya vətəndaşının adı həmin siyahıya salınıb.
Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qanun aktıdır. Bu insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd “Hermitage Capital” Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan şəxslərə qarşı maliyyə və viza qadağaları tətbiq edilib.