Şimali Koreya əsgəri səhər saatlarında sərhədi keçərək Cənubi Koreyaya qaçıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Cənubi Koreya hərbçiləri qaçağı axtaran Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.
"BBC"nin xəbərinə əsasən, məlumatı Cənubi Koreya ordusu verib. Bildirilir ki, Cənubi Koreya saatı ilə insident saat 08:00 radələrində olub. Sərhəd xəttinə qaçan əsgər nəzarət nöqtəsinin olduğu dumanlı bölgədə görünüb.
Şimali Koreya əsgərləri sərhədə yaxınlaşdıqları üçün Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar.
Qeyd edək ki, bu il Şimaldan Cənuba qaçan əsgərlərin sayı 4-ə çatıb. Ümumiyyətlə, hər il Şimali Koreyadan min nəfər Cənubi Koreyaya qaçır.