ABŞ prezidenti Donald Tramp Suriya və İraqda İŞİD terror təşkilatının tam məğlub olduğunu bildirib.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb. Verilən məlumata görə, Tramp bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya və İraqı terrorçulardan tam təmizləyiblər.
“Koalisiya qüvvləri terrorçuları bütün ərazilərdən çıxarıblar. Demək olar ki, İŞİD-ə 100 faiz qələbə çalınıb. Bu qələbədə əsas rolu Amerika və koalisiya qüvvələri oynayıb”, - deyə Tramp bildirib.