Əfqanıstanda növbəti terror aktı törədilib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Taliban terrorçuları Kunduz vilayətinə hücum ediblər.
"Pajvak" agentliyinin məlumatına əsasən, hücum nəticəsində 11 nəfər həlak olub. Ölənlər arasında 3 nəfər mülki vətəndaş da var. Digərləri isə polis əməkdaşlarıdır.
Bundan başqa bir neçə nəfər də xəsarət alıb. Onlardan bəzisinin vəziyyəti ağırdır.