Moskvada bomba həyəcanı: bu dəfə MDU-da

17:40 - 20 Dekabr 2017 - DÜNYA

Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb

Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyə edilib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub.

Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.

Qeyd edək ki, Rusiyada partlayış təhdidləri ilə bağlı anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu müddət ərzində 180 şəhərdə 2,5 milyona yaxın adam təxliyə olunub.

Zənglərdən heç biri öz təsdiqini tapmayıb.

Xəbər xətti