Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı

16:17 - 20 Dekabr 2017 - DÜNYA

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
 

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Novosibirsk-Qəbələ reysinə icazə ləğv edilib.
 

Bu qərara icazənin verildiyi müddətdə uçuşların həyata keçirilməməsi səbəb olub.
 

Qeyd edək ki, “Saratovskie avialinii” bu reysin yerinə yetirilməsi üçün icazəni 2014-cü ilin iyulunda alıb.

Xəbər xətti