Türkiyənin xarici işlər nazir Mevlüt Çavuşoğlu BMT Təhlükəsizlik Şurasında keçiriləcək Qüds səsverməsində iştirak etmək üçün bu gün ABŞ-a gedir.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çavuşoğlunun təyyarəsində Fələstinin XİN başçısı Riyad əl-Maliki də olacaq.
Qeyd edək ki, BMT TŞ ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını geri götürməsini nəzərdə tutan qanun layihəsini sabah səsverməyə çıxaracaq.