Putinin prezidentliyə namizədliyini irəli sürəcək tarix açıqlandı

23:08 - 20 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirakını dekabrın 26-da rəsmi şəkildə təsdiqləyəcək.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu “RİA Novest” saytı məlumat yayıv. Verilən məlumata görə, Putinin namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək.
 

Qeyd edək ki, V.Putin dekabrın 6-da növbəti prezident seçkilərində iştirak edəcəyi barədə bəyanat verib. Putin Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı bildirib ki, gələn il keçirilən prezident seçkilərində iştirak edəcək.
 

“Rusiya xalqına göstərdiyi etimad və dəstəyə görə minnətdaram. Hər kəsə sağol deyirəm. Düşünürəm ki, öz qərarımı açıqlamaq üçün ən yaxşı yer ola bilməz. Mən 2018-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədliyimi verəcəyəm. Əminəm ki, bizim Rusiyanın inkişafı üçün göstərdiyimiz səylər boşa getməyəcək. Əminəm ki, hər şey qaydasında gedəcək”, - deyə Putin bildirib.
 

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.

Xəbər xətti