Ağ Ev KXDR ilə danışıqları dəstəkləyir

20:55 - 20 Dekabr 2017 - DÜNYA

ABŞ dövlət departamentinin rəhbəri Reks Tillerson rəsmi Vaşinqtonun Pxenyan ilə danışıqları dəstəsklədiyini bildirib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nazir mətbuat konfransında söyləyib.
 

“Ağ Ev diplomatik danışıqlardan imtina etmir. Prezidentin və Ağ Evin mövqeyi təzyiqi artırmaqdır (KXDR-ə qarşı).  Ağ Evin mövqeyi aydındır: Ağ Ev diplomatik danışıqları dəstəkləyir. Biz Şimali Koreyanın bu qərara gəlməsini gözləyirik. O vaxta kimi təzyiqlər gücləndiriləcək”,- deyə Dövlət katibi vurğulayıb.

Xəbər xətti