Türkiyə ilə Yunanıstan arasında hələ də mübahisə mövzusu olaraq qalan Kardak qayalıqlarında bu gün gərgin anlar yaşanıb.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Yunanıstana məxsus təhlükəsizlik gəmisi və 8 balıqçı qayığı Türkiyə sularına daxil olmağa cəhd edib.
Lakin Türkiyə Sahil Mühafizə Xidməti bunun qarşısını alıb. Təxminən iki saat davam edən gərginlikdən sonra balıqçılar Kilimli adasına geri qayıdıblar.