ABŞ-dan İŞİD açıqlaması

20:08 - 20 Dekabr 2017 - DÜNYA

ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü polkovnik Ryan Dillon mətbuat konfransı keçirib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata əsasən, polkovnik Pentaqonun Suriya və İraqda İŞİD əleyhinə əməliyyatlarını qiymətləndirib.

“(Suriya və İraqda-red) İŞİD bir vaxtlar əlində tutduğu ərazilərin demək olar ki, hamısını itirdi ancaq bu mübarizənin bitdiyini göstərmir”,-deyə Dillon söyləyib.

Dillon terror qruplaşmasının yeni vəziyyət və şərtlərə asanlıqla uyğunlaşdığını dilə gətirib. O, Rusiyanın Suriyada İŞİD-in məhv edildiyi barədə açıqlamalarının doğru olmadığını vurğulayıb.

Rus və Suriya rejiminin müdafiə qabiliyyətlərinin zəif olduğunu deyən Dillon, İŞİD-in rejimin nəzarət etdiyi ərazilərdən keçərək Şama yaxın bölgələrə keçdiyini bildirib.

Qeyd edək ki, Rusiya ABŞ-ı İŞİD üzvlərinin Rakkadan rejimin nəzarət etdiyi sahələrə keçməsinə imkan verməklə günahlandırır.

Xəbər xətti