Dünyanın ən böyük təyyarəsi “Stratolaunch” ABŞ-da Mohave aerodromunun uçuş-eniş zolağında sınaqdan keçirilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, təyyarə havaya qalxmadan uçuş zolağında sürət yığıb.
“Stratolaunch”un uçuş sınağı isə 2019-cu ildə keçiriləcək.
Qeyd edək ki, raket-daşıyıcı buraxmaq qabiliyyətinə malik təyyarənin çəkisi 230 tondur. Təyyarənin qanadlarının uzunluğu 117 metr təşkil edir. Hündürlüyü 15 metr olan təyyarə 28 təkərlə təchiz edilib. Təyyarə 250 ton yük qaldırmaq gücünə malikdir.