Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava hücumlarının sayını artırması nəticəsində dekabrın 6-dan 16-na kimi 115 dinc sakin öldürülüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi məlumat verib.
BMT rəsmisinin sözlərinə görə, həmin 10 günlük dövrdə yaralı sayı 83 nəfər olub.