ABŞ prezidentinin köməkçisi İsrailə səfər edəcək

14:18 - 19 Dekabr 2017 - DÜNYA

ABŞ prezidentinin Qüdslə bağlı qərarından sonra yaranan gərginlik fonunda Trampın köməkçisi Mayk Pens Orta Şərqə planlaşdırılan səfərini təxirə salmışdı.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Pens səfər tarixinin 14 yanvar olduğunu elan edib.
 

Pensin ilk səfəri İsrailə olacaq. Bu səfər 19 dekabr tarixində təxirə salınmışdı.
 

Fələstinlilər üçün hazırda Pens istənilməyən şəxsdir. Fələstin lideri Mahmud Abbas Penslə görüşü rədd etmişdi.

Xəbər xətti