Mixail Saakaşvili Kiyevdə keçirilən etiraz aksiyalarına fasilə verib.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, o bu addımı ötən gün Kiyevin mərkəzində polislə etirazçılar arasında baş verən toqquşmadan sonra atıb.
“Baş verən hadisələri nəzərə alaraq etiraz aksiyalarına müvəqqəti fasilə veririk”.
Kiyevin Oktyabr meydanında baş verən toqquşmalar zamanı 60 asayiş keşikçisi xəsarət almışdı.