İranın dövlət rəsmisi Azərbaycana gələcək

11:54 - 19 Dekabr 2017 - SİYASƏT

"İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Bakıya gələcək".
 
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi APA-ya məlumat verib. 
 
O bildirib ki,  M. Vaezi dekabrın 21-də Bakıda keçiriləcək İslam Həmrəyliyi İlinin yekunlarına həsr olunan beynəlxalq konfransda iştirak edəcək.
 
Konfransda bu il ərzində görülmüş işlər müzakirə olunacaq.
 
Qeyd edək ki, 2017-ci il prezident İlham Əliyevin müvafiq qərarı ilə İslam Həmrəyliyi ili elan olunub.

Xəbər xətti