ABŞ hökumətinin fikrinə əsasən, "WannaCry" virusu vasitəsilə kütləvi kiber hücuma görə Şimali Koreya günahkardır.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu bəyanatı ABŞ prezidentinin köməkçisi Tom Bossert səsləndirib. Tom Donald Trampın daxili təhlükəsizlik məsələləri üzrə köməkçisidir.
Bossert qeyd edib ki, ABŞ tərəfindən ciddi araşdırmalar aparılıb və Pxenyanın günahını sübut edən faktlar üzə çıxıb. Vaşinqtonun fikri ilə digər ölkələr, eyni zamanda özəl şirkətlər də razılaşıb.
"Microsoft" şirkəti kiber hücumun mənbəyini aşkar edib. Mənbə Şimali Koreya hökuməti ilə birbaşa əlaqəlidir. Kütləvi kiber hücum maliyyə sahəsində milyardlarla itkiyə səbəb olub. Şimali Koreya buna görə birbaşa məsuliyyət daşıyır.