Partlamentin qarşısında etiraz - 6 polis yaralandı

19:20 - 19 Dekabr 2017 - DÜNYA

Albaniyanın paytaxtı Tiranada parlament binası qarşısında etirazçılarla polis arasında qarşıdurma olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Respublika Baş prokurorunun namizədliyinə səsvermə prosesi deputatlar arasında və parlamentin ətrafında iğtişaşlara səbəb olub. Qarşıdurma zamanı 6 polis əməkdaşı yaralanıb. Aksiyanı dağıtmaq üçün DİN-in xüsusi təyinalıları müdaxilə etməli olub. Nümayişçilər arasında xəsarət alanların sayı barədə məlumat verilmir.

Xəbər xətti