Alimlərdən yeni kəşf — Atomda məlumat saxlamaq mümkün olacaq

19:00 - 19 Dekabr 2017 - DÜNYA

Məlumatların daha kiçik "qablaşdırılması" uğrunda gedən yarış yeni mərhələyə qədəm basıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, alimlər atomda məlumat daşımağın artıq mümkün olduğunu açıqlayıblar.

"İBM" araşdırma mərkəzinin alimləri "Nature" jurnalına verdikləri məqalədə sabit disk kimi işləyən və bir atom qədər kiçik olan maqnitin məlumat bazası rolunu yerinə yetirdiyini bildiriblər.

Kiçik sabit disk üçün nadir tapılan holmium elementindən istifadə edilib. Holmium atomlarının maqnezium oksid üzərinə yerləşdirilməsi nəticəsində maqnit sahəsi yaradılır.

Fabian Natterer bildirir ki, tək bir atomda 1 bit məlumat saxlamaq mümkündür. Qrupun digər alimi Kristofer Lutz isə 6 santimetrlik bir sahədə 80.000 Gbt məlumatın saxlamaq mümkün olduğunu deyir. Yəni, kibrit qutusu boyda bir diskdə 35 milyon mahnı saxlamaq imkanı əldə edilib. Amma məlumat saxlamaq üçün soyuq şərait lazımdır. Alimlər 265 dərəcə soyuq tempraturda məlumat saxlamağın mümkün olduğunu bildirirlər.

Xəbər xətti