Rza Zərrab davasında gözlənilməz səs yazısı - Yalanı ortaya çıxdı

18:35 - 19 Dekabr 2017 - DÜNYA

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində gözlənilməz hadisə baş verib.
 

Ucnoqta.az “Qafqazinfo”ya stinadən xəbər verir ki, R.Zərrabın 15 sentyabr 2016-cı ildə həbsxanada olduğu zaman dayısı Əhəd Xabbazla telefon danışığının səs yazısı məhkəmə prosesi zamanı təqdim edilib.
 

Zərrab telefon danışğında dayısına yalan danışmaq məcburiyyətində olduğunu bildirib:

“Əgər ABŞ-da həbs edilmisənsə, azadlığa çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin cinayətləri boynuna almalısan. Günahını boynuna aldıqdan sonra azadsan. Məsələ bundan ibarətdir: azad olmaq. Baş verənləri udacaqsan”.
 

Hazırda məhkəmə prosesi davam etdirilir.
 

Qeyd edək ki, korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdə olan Zərrab, ötən həftə hakim qarşısında dindirildiyi zaman etiraflar etmişdi.

Xəbər xətti