ABŞ-ın Vaşinqton ştatında sürət qatarının körpüdə relsdən çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Cey İnsli bildirib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hadisənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək.
Qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpüdə relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində 6 nəfər həlak olub, 77 nəfər isə xəsarət alıb.