Argentinada toqquşma — 162 nəfər xəsarət aldı

09:52 - 19 Dekabr 2017 - DÜNYA

Argentinanın paytaxtı Buenos-Ayresdə hüquq-mühafizə orqanları ilə pensiya islahatlarına etiraz edən kütlə arasında toqquşmalar baş verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, toqquşmalar zamanı 162 nəfər xəsarət alıb.

Nümayişçilər polisə daş, şüşə və tüstü bombası atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.Nəticədə 162 nəfər həkimə müraciət edib.

Onlardan 80 nəfəri polis əməkdaşıdır. Hüquq-mühafizə orqanları 81 nəfəri saxlayıb.

Qeyd edək ki, prezident Maurisio Makri dövlət büdcəsi kəsirini azaltmaq üçün pensiya islahatları barədə qərar qəbul etməyə hazırlaşır. Müxalifət və həmkarlar ittifaqları isə buna qarşı çıxırlar.

Xəbər xətti