ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyat komandanlığı İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin həbs edilmə xəbərini yalanlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, koalisiyadan "RT" kanalına verilən məlumata əsasən, dünən yayılan həbs xəbəri yalandır.
Məlumatda deyilir: "Koalisiya Bağdadi kimi tanınan terrorçunun yerini bilmir. Əmin olun ki, onun yeri tapılsaydı, ya məhv edilərdi, ya da həbsdə olardı".
Komandanlıq həm də qeyd edib ki, əgər İŞİD lideri həbs edilsəydi, bu barədə ictimaiyyət məlumatlandırılardı.
Qeyd edək ki, Bağdadinin həbs edildiyi xəbərini Türkiyənin "Yeni Şafak" qəzeti yayıb.