Rusiyadan İngiltərəyə sərt cavab

16:02 - 18 Dekabr 2017 - DÜNYA

Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova İngiltərənin XİN rəhbərinə cavab verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, İngiltərənin baş naziri Boris Conson Rusiyanı Sparta ilə müqayisə edərək Rusiyanın qapalı bir ölkə olduğunu və əməkdaşlığın qeyri-mümkün olduğunu bildirmişdi.

Zaxarova isə Rusiyanın heç vaxt müharibə şəraitində olan ölkə olmadığını bildirib.

Açıqlama verən Zaxarova deyib: "Müqayisə heç də düzgün müqayisə deyil. Rusiya avropalı ölkələrdən fərqli olaraq heç vaxt müharibədə olan ölkə olmayıb. İngiltərə qədər oliqarxiyanın çox olduğu bir ölkə yoxdur. Conson bu açıqlamalarında haqlı deyil. Qərbin Avropa qitəsində başladığı və inkişaf etdirdiyi anlaşmazlıqlar Qərbi gücsüzləşdirir və İŞİD kimi təhlükələr qarşısında əlin və qolunu bağlayır".

Xəbər xətti