Türkiyə Suriya ilə sərhəddə sədd tikintisini başa çatdırdı

15:26 - 18 Dekabr 2017 - DÜNYA

Türkiyə Suriya ilə sərhəddə sədd tikintisini başa çatdırıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, divarların ümumi uzunluğu 828 km təşkil edir.
 

Tikinti işlərinə 2015-ci ildə başlanılıb. Səddin hündürlüyü 3, eni isə isə 2 metrdir.
 

Qeyd edək ki, Türkiyə-Suriya sərhədinin ümumi uzunluğu 911 km-dir.
 

Xatırladaq ki, sərhəddə sədd inşası ilə bağlı qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul edilib. Belə ki, terror təşkilatlarının üzvləri mütəmadi olaraq Suriyadan Türkiyə ərazisinə keçməyə cəhd edirlər.

Xəbər xətti