İstanbulda Qaziosmanpaşa bələdiyyəsi ərazisində tikiş fabriklərinin birində qazanxana partlayıb.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, partlayışın gücündən qazanxanadakı su qızdırıcı qazan fabrikin damından çıxaraq küçəyə düşüb. Nəticədə 100-ə yaxın iş yeri və xeyli sayda avtomobil zərər görüb.
Partlayış nəticəsində iki nəfər yaralanıb.