Almaniyada güclü qar təyyarələri saxladı - 170 reys təxirə düşdü

23:45 - 18 Dekabr 2017 - DÜNYA

Almaniyanın Frankfurt beynəlxalq hava limanında güclü qar yağması ilə əlaqədar 170-ə yaxın reys təxirə salınıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hava limanına daixl olan reyslər digər şəhərlərə yönləndirilib.

Qeyd olunur ki, Frankfurtdan Berlin, Hamburq, Münhen, Vyana, Budapeşt, Praqa və digər şəhərlər uçuşlar təxirə salınıb.

Hazırda Aeroport işçiləri iki uçuş-eniş zolğaında qarın təmizlənməsi işlərini həyata keçirilər. Uçuşların günorta saatlarınadək bərpa olunacağı gözlənilir.

Xəbər xətti