“NATO Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni müsbət addım görəcəyinə ümid edir”.
APA-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan NATO baş katibinin müavinin Ruz Qottemuller İrəvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü zamanı deyib.
O bildirib ki, bu münaqişənin həlli bütün regiona təsir edəcək.
NATO rəsmisi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünü də müsbət qiymətləndirib: “Biz irəli sürülmüş diplomatik səylərdən məmnunuq və ümid edirik ki, tezliklə bu səylər nəticə verəcək”.