İranda çirkli havalara görə məktəblərdə tətil elan edilib

23:00 - 18 Dekabr 2017 - DÜNYA

İranın paytaxtı Tehranda havada çirkliliyin yüksək səviyyədə olmasına görə bütün məktəblərdə tətil elan edilib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət açıq havada keçirilməsi planlaşdırılan idman yarışmalarını ləğv edib, dükanların 2 saat əvvəldən bağlanılması və qadın işçilərə izn verilməsi tövsiyə edilib. 

Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib şəhərləri arasında ilk beşliyə daxil olan Tehranda tez-tez bu səbəbdən məktəblərdə tətil elan edilir. 

Xəbər xətti