Gürcüstannın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna lideri Pyotr Poroşenkoya məktub yazdığını etiraf edib.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, məktubunda Saakaşvili prezidentə sülh təklif edib.
“Mən ona dedim ki, siz düz etmirsiniz. Məni rus agenti adlandırmağın təhqir olduğunu bilməlisiniz. Dedilər ki, prezident bir neçə gündən sonra mənlə görüşmək istəyir. Amma dedim ki, mən arxa qapıdan içəri keçən şəxslərdən deyiləm”.