İsrail "Həmas" düşərgəsinə avia zərbə endirdi

11:15 - 18 Dekabr 2017 - DÜNYA

İsrail hərbi hava qüvvələrinə məxsus qırıcılar Həmas hərəkatının təlim düşərgəsinə avia zərbə endirib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu məlumatı İsrail ordusu rəsmi Tvitter səhifəsində yayımlayıb. 

Məlumatda deyilir: "İsrailin cənub hissəsinə atılan raket zərbəsinə cavab olaraq, İsrail aviasiyası Qəzza sektorunun şimalındakı Həmas təlim düşərgəsinə zərbələr endirib".

Qeyd edək ki, Qəzza sektorundan İsrail ərazisinə raket atılmışdı. Raketin hədəfinə çatmadığı bildirilirdi.

Xəbər xətti