Qırğız Respublikasında “Hizb-ət-Tahrir” terrorçu qruplaşmasının 11 üzvü həbs olunub.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, saxlanılanların hamısı Qırğız Respublikasının vətəndaşlarıdır. Onlar Bişkek şəhəri, Çuy və İssık-kul vilayətlərinin sakinləridir.
Hazırda əlavə əməliyyat-axtarış tədrbirləri davam etdirilir.
Qeyd edək ki, “Hizb-ət-Tahrir” (“İslam Azadlıq Partiyası”) dünyanın bir sıra ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınıb. Onlar müsləman olmayan hakimiyyətləri devirib, onların yerində “Ümumdünya İslam Xilafətini” qurmaq uğrunda mübarizə apardıqlarını deyirlər.