Putin Trampa təşəkkür etdi

11:05 - 18 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
 

Ucnoqta.az APA-ya istinadən verdiyi xəbərə görə, danışıq zamanı V.Putin Sankt Peterburqda terror aktının qarşısını almağa kömək etmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə D.Trampa təşəkkür edib.
 

Bu barədə  Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, MKİ-nin təqdim etdiyi informasiya Sankt-Peterburqun Kazan kilsəsində və digər izdihamlı yerlədə partlayışlar törətməyi planlaşdıran terrorçu qrupun müəyyənləşdirilərək saxlanılmasına yardım edib.

Putin Trampdan MKİ rəhbərliyinə və operativ məlumat əldə etmiş kəşfiyyatçılara təşəkkürünü çatdırmağı xahiş edib.

Xəbər xətti