Finlandiyada keçirilən Yeni il konsertində faciə baş verib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 120 kq çəkisi olan havalandırma borusu tamaşaçıların üzərinə düşüb.
Nəticədə 7 nəfər ağır xəsarət alıb.
Hadisə Vasa şəhərində baş verib. 120 kq-lıq havalandırma borusu konserti izləyənlərin üzərinə düşüb. Hadisə yerinə cəlb edilən xilasetmə briqadasının rəhbəri Ari Kinta Jaskari bu barədə məlumat verib. Məlumata əsasən, insident axşam saatlarında meydana gəlib.
Bildirilir ki, konserti 4 min tamaşaçı izləyib. Havalandırma borusu 4 metr hündürlükdən düşüb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.