Filippində qasırğa 27 adamı öldürdü, 24 nəfəri "itirdi"

20:20 - 18 Dekabr 2017 - DÜNYA

Filippində güclü qasırğanın ardınca sürüşmələr baş verib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, 27 nəfər təbii fəlakətin qurbanı olub, daha 24 nəfərin taleyi məlum deyil, itkin düşüb.

Məlumata görə, Biliran adasının ifrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib. Şəhərlərin birində iki məktəb dağılıb, körpülər uçulub.

Bütün ölkə üzrə 11 min adam əlverişsiz hava şəraiti ilə əlaqədar limanlarda qalıb.

Bu gün ölkə prezidenti Rodriqo Dutertenin təbii fəlakətdən daha çox ziyan çəkmiş rayonlara səfər edəcəyi bildirilib.

Xəbər xətti