BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı elan edilməsi qərarından sonra məsələ ilə bağlı qanun layihəsi hazırlayır.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, qanun layihəsi bu gün səsverməyə çıxarılacaq.
Bildirilir ki, Qüdsün statusu məsələsində BMT heç bir dəyişikliyə getməyəcək.
Qanun layihəsinə əsasən, Qüds məsələsi müzakirə yolu ilə həll edilə bilər. Mətndə Tramp administrasiyasının qəbul etdiyi qərar barədə dəqiq məlumat olmasa da, "Qüdsün statusu ilə bağlı son hadisələrdən təəssüf hissi keçiririk"-cümləsi yer alıb.
Qeyd edək ki, mətn Misir tərəfindən qələmə alınıb.