Liviyanın sabiq prezidenti Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Bu barədə "Egypt Today" nəşrinə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.
"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə Basem əl-Həşimi əl-Sül bildirib.