Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

23:00 - 17 Dekabr 2017 - DÜNYA

"ABŞ dünyaya deyir ki, sizin nüvə silahınız olmamalıdır. Bəs sənin əlində 16 min nüvə başlığı var, o silahlar necə olacaq?".
 

Ucnoqta.az APA-ya istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Karaman rayon təşkilatının konfransında söyləyib.
 

R. T. Ərdoğan deyib ki, Türkiyə öz taleyinin sahibi olmalıdır: "Biz ya mübarizə aparacaq, ya da qul olacağıq. Biz həmişə mübarizə yolu seçmişik. Bu xalq mübariz xalqdır. Türkiyəni böyütmək yolu seçmək Türkiyənin zənginliklərini illərdir sömürənlərin qarşısını kəsmək deməkdir. Əlbəttə, bəziləri buna əsəbləşəcək. Türkiyə öz köbəyini özü kəsəcək ".  

Xəbər xətti