Əfqanıstanda 5 kənd İŞİD-dən azad edildi

18:30 - 17 Dekabr 2017 - DÜNYA

Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Hoqyani rayonunda İŞİD-ə qarşı əməliyat keçirilib.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatda 26 terrorçu məhv edilib, 30-u isə yaralanıb.

 

Bundan başqa, 5 kənd İŞİD-dən azad edilib. Əməliyyat çərçivəsində yol kənarlarına yerləşdirilən 21 mina zərərsizləşdirilib.

 

Digər rayonlarda da terrorçulara qarşı əməliyyatların başlanılacağı açıqlanıb

Xəbər xətti