Əfqanıstanda 16 terrorçu məhv edildi

00:55 - 17 Dekabr 2017 - DÜNYA

Əfqanıstanda antiterror əməliyyatları davam etdirilir.
 

Ucnoqta.az Modern.az-a  istinadən xəbər verir ki, Kunar və Nanqahar əyalətlərində azı 16 "Taliban" və İŞİD terrorçusu məhv edilib.

 

Məlumata görə, 2 İŞİD üzvü NATO PUA-nın Nanqahar əyalətinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib.

Nanqahar əyalətinin Hocani rayonunda keçirilən xüsusi əməliyyat zamanı 4 "Taliban" üzvü məhv edilib, 8-i isə yaralanıb.

Kunar əyalətinin Qazi Abad rayonunda terrorçuların hücumunun qarşısı alınarkən 10 "Taliban" terrorçusu məhv edilib.

Xəbər xətti