Rus-Çin hava müdafiəetmə təlimləri keçirilib.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, təlimlər Pekində baş tutub.
“Təlimlər dekabrın 16-da Xalq Qurtuluş Ordusu Hava Qüvvələri Akademiyasının Balistik Raketlər Əleyhinə Müdafiə Elmi Tədqiqat İnstitutunda keçirilib. Təlimdə Çin-Rusiya raket əleyhinə havadan müdafiə texnikaları nümayiş olunub. “Aerokosmos Təhlükəsizlik-2017” adlı təlimdə hər iki dövlətin müasit havadan müdafiə texnikaları ilə yanaşı hərbçiləri də öz bacarıqlarını nümayiş etdiriblər”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, tərəflər növbəti təlimin 2018-ci ilin əvvəlində keçirilməsilə bağlı razılığa gəliblər.