Saakaşvili Poroşenko ilə danışmaq qərarına gəldi

21:43 - 16 Dekabr 2017 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqlar aparmaq qərarına gəlib.
 

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Saakaşvilinin bəyanatına əsasən, Ukraynanı parçalanmaqdan xilas etmək üçün dərhal Poroşenko ilə danışıqlar aparmaq lazımdır.

Saakaşvili Poroşenkonu düşmənlə əlbir olmaqda ittiham etmir: "Bu fikri səsləndirmək düzgün deyil. Biz hər zaman bir tərəfli olmalı, Poroşenko ilə danışmalıyıq. Amma eyni zamanda ölkəni dağılmaqdan da xilas etmək lazımdır".

Xəbər xətti