Səudiyyə Ərəbistanında 2018-ci ilin iyun ayında qadınlara avtomobil idarəetmə hüququ veriləcək.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, yeni qanunla qadınlara yük maşını və motosiklet idarə etməyə də icazə verilib.
Səudiyyə mətbuatının xəbərinə əsasən, yol idarəsinin rəisi jurnalistlərin suallarını cavablandıranda belə bir fikir səsləndirib.
Bundan başqa bildirilir ki, şosse yolları təhlükəsizlik nöqtələrində qadınların da işləməsi qadağan edilmir. Növbəti illərdə təhsil və təlimlərdən sonra qadınlar hərbi vəzifələr də tuta biləcəklər.