İndoneziyanın Yava adasında 6.8 bal gücündə zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölən və yaralananlar var. Sunami təhlükəsindən qorxan Çiamis rayonunun yerli sakinləri dağlara qalxıblar.
Yerli KİV-lər hadisə nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin isə yaralandığını bildiriblər.