Marixuna və həşiş almaq istəyən həkimə müraciət etməli olacaq — Danimarkada yeni qanun

15:55 - 16 Dekabr 2017 - DÜNYA

Gələn ildən Danimarkada narkotik maddələrin satışı qanuniləşdirilir.
 

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Nazirliyi məlumat yayıb. Yayılan məlumata görə, 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcəklər. Bu barədə nazirlik tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.
 

Proqram 4 il müddətinə nəzərdə tutulub. Bildirilir ki, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər. Yeni layihəyə görə, marixuananın istehsalı ilə yerli fermerlərin məşğul olacağı, satışın apteklərdə həyata keçiriləcəyi planlaşdırılır. İndiyədək marixuana yetişdirilməsinə icazə almaq üçün 15 şirkət hökumətə müraciət edib.

Xəbər xətti