“Rusiya dünyada sülh istəyirsə, ...” — ABŞ-dan Putinə mesaj

11:39 - 16 Dekabr 2017 - DÜNYA

ABŞ Rusiya və Çini KXDR-ə qarşı təzyiqləri artırmağa çağırıb.
 

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, əsasən də Rusiya Şimali Koreya ilə münasibətləri bir qədər azaltmalıdır.

 

“Şimali Koreyadan Rusiyaya gedən işçilərə çalışmağa icazə verilir. Bu yolverilməzdir. Əgər Rusiya və Çin Şimali Koreyanın nüvə silahı istehsalına qarşıdırlarsa, bu zaman onunla əməkdaşlıqdan çəkinməlidirlər. Əgər Rusiya dünyada sülh istəyirsə, Şimali Koreyaya qarşı təzyiqləri artırmalıdır”, - deyə Reks Tillerson bildirib.

Eyni zamanda dövlət katibi KXDR ilə Amerikanın əməkdaşlığını da mümkün sayır. Bunun üçün isə Amerikanın şərtləri var: “Şimali Koreya təhdidedici davranışlarını dayandırmalıdır. Bu zaman onlarla danışıqlara başlaya bilərik. KXDR danışıqlar masasına oturmaq üçün cəhd etməlidir. Bunun üçün isə bütün dünya, xüsusən Şimali Koreya ilə əməkdaşlıq edən dövlətlər təzyiqləri artırmalıdırlar”.

Xəbər xətti