Rusiya və Misir müntəzəm təyyarə uçuşlarını bərpa edib.
Ucnqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, iki ölkə arasında əlaqələri bərpa etmək üçün bu addım atılıb.
“İki il bundan əvvəl Sinay üzərindəki Rusiya təyyarəsinin qəzaya uğramasından sonra iki ölkə əlaqəsi kəsilib. Lakin bu gün iki ölkə əlaqələri düzəltmək üçün təyyarə uçuşlarını bərpa edib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, dekabrın 25-də, 2016-cı ilin sonuna bir həftə qalmış Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində 92 nəfər həyatını itirib. Rusiyanın Soçi şəhərindən Suriyaya uçan “Tu-154” təyyarəsi Qara dənizdə sahildən 6 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 8 ekipaj üzvü, Rusiya telekanallarının 9 əməkdaşı, Rusiya Müdafiə Nazirliyinin “Aleksandrov” adlı mahnı-rəqs ansamblının 64 üzvü, 8 hərbçi, federal hökumətin 2 məmuru, "Ədalətli yardım" Xeyriyyə Fondunun rəhbəri Yelizaveta Qlinka olub. Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi başlayıb. Bu vaxta qədər dənizdən 12 meyit çıxarılıb.
Xatırladaq ki, həmin tarixdə Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Metrojet” (keçmiş adı “Koqalımavia”) aviaşirkətinə məxsus “Airbus A-321” sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaq idi. “Koqalımavia” aviaşirkətinə məxsus “A-321” təyyarəsi ilk uçuşunu 18 il bundan əvvəl – 1997-ci il mayın 9-da həyata keçirib. Əvvəlcə Livanın MEA, Türkiyənin "Onur Air” və Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətləri tərəfindən istismar olunan təyyarə 2012-ci ilin aprel ayında “Koqalımavia” şirkətinin balansına keçib.